İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur generalla bağlı VACİB XƏBƏR - Oktyabrın 29-u axşam saatlarında...

977 31.10.2023 12:12 Dünya A A

ABŞ Dəniz Piyadaları Korpusunun komandanı general Erik Smit oktyabrın 29-u axşam saatlarında xəstəxanaya yerləşdirilib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, generalın xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi açıqlanmır.

Məlumata görə, korpusun komandanlığı müvəqqəti olaraq general-leytenant Karsten Heklə həvalə edilib.

Qeyd olunub ki, Smit ABŞ ordusunun Yaxın Şərqdə hərbi əməliyyatlarda iştirakının ən qızğın vaxtında xəstəxanaya yerləşdirilib.

Belə ki, ABŞ-ın Yaxın Şərqdəki bazalarına artan hücumlarda 20-dən çox amerikalı hərbçinin yaralandığı bildirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR