İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur aktyor ÖLÜMLƏ üz-üzə gəldi: "Təyyarədən enəndə gördüm ki..."

651 30.11.2023 12:50 Dünya A A

2022-ci ildə çəkilmiş "Top Gun: Maverick" filminin aktyorlarından biri olan Qlen Pauell  baş rolda olan Tom Kruzun çəkilişlər zamanı üzləşdiyi problemdən və havada yaranan bir anlıq panikaya verdiyi reaksiyadan danışıb.

Musavat.com xəbər verir ki, Pauell filmdəki atışma səhnəsi zamanı Kruzun içində olduğu F-18 döyüş təyyarəsində nasazlıq olduğunu bildirib.

"Pilot təyyarəni endirməkdə çətinlik çəkirdi. Kruzun təyyarədən enərkən gülümsədiyini gördüm. O, az qala ölürdü, amma gülümsəyirdi" - aktyor deyib.

Qeyd edək ki, 1986-cı ildə çəkilən "Top Gun" filmindən 30 il sonra ekranlara çıxan "Top Gun: Maverick" vizual effektlər yerinə real təyyarələrin istifadəsi ilə diqqət çəkib.

TGMAV_SAlone_16_9_1920x1080_R1_1.jpg (168 KB)

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR