İnsanlara hürriyət, millətlərə istiqlal!

Meşələri, dəniz sahillərini, çay hövzələrini çirkləndirməyək  

712 17.06.2023 15:32 Sosial A A

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yerli icra orqanlarının rəsmilərinin, eyni zamanda rayon gənclər və idman idarələrinin, “Qırmızı ürəklər” Fondunun əməkdaşlarının, “Ecohub” ekoloji təşəbbüs qrupunun üzvlərinin və könüllülərin iştirakı ilə növbəti genişmiqyaslı təmizlik aksiyaları ölkənin meşə ərazilərində, çay sahillərində və Xəzər dənizinin sahilboyu ərazilərində keçirilib.

Şabran, Şamaxı, Zaqatala, Tovuz, Göygöl, Bərdə və respublikanın digər rayonlarının meşə ərazilərində, eləcə də Sumqayıt, Lənkəran şəhərləri, Neftçala və Xaçmaz rayonlarının Xəzər dənizi sahillərində keçirilən aksiyalar zamanı toplanmış plastik və digər tullantılar aidiyyəti üzrə daşınıb.

Aksiyaların keçirilməsində məqsəd sahilyanı ərazilərin təmizliyini təmin etmək, yay və istirahət mövsümü ilə əlaqədar meşə yanğınları riskinin artdığı dövrdə bu riski artıran şüşə, plastik və kağız tullantıları toplamaq, müəyyən olunmayan ərazilərə məişət tullantıları atılmasının qarşısını almaq, təbiət ərazilərində əhali tərəfindən təmizliyə riayət olunmasını təbliğ etmək və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

Hər kəsi təmizlik aksiyalarına qatılaraq fəallıq göstərməyə, təbiət ərazilərini, dəniz sahillərini, çay hövzələrini çirkləndirməməyə çağırırıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR