İnsanlara hürriyət, millətlərə istiqlal!

Məscidin günbəzində tabutun nə işi var? - VİDEO

3708 14.08.2023 15:23 Maraqlı A A

İstanbulda atılan hər addımda tarixi məscidə rast gəlmək mümkündür. Lakin bir məscid görənləri heyrətə salır.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Fatih səmtindəki Katib Sinan Məscidinin günbəzindəki tabut görüntüsü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

1496-cı ildə tikilən məscidlə bağlı araşdırma aparan arxeoloq Murat Sav açıqlamasında bildirib ki, hekayə II Bəyazidin mətbəx işləri hesabdarı Katib Sinana məxsusdur. Katib Sinan bu ərazidə məscid tikdirir və vəsiyyət edir ki, ölsə, onu məscidin günbəzində dəfn etsinlər. Lakin dini baxımdan bunu uyğun hesab etmirlər deyə, katibi məscidin həyətində dəfn edirlər.

Rəvayətə görə, səhər hər kəs katibin tabutunu məscidin günbəzində görür. Tabutu məscidin həyətində dəfn edirlər, lakin şəhər camaatı yenidən tabutu məscidin günbəzində görür. Bu halın bir neçə dəfə təkrarlanmasından sonra camaat tabuta toxunmur. Uzun əsrlərdir müzakirələrə səbəb olsa da, bu məscid günbəzindəki tabutla tanınır. Rəvayətləri bir kənara qoysaq, gerçək hekayəsi isə sirr olaraq qalır.

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR