İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bankın baş direktoru: "Rusiyadakı proseslərin Azərbaycana təsirini qiymətləndiririk"

647 14.03.2022 14:14 İqtisadiyyat A A

"Rusiya qonşu dövlət olduğu üçün ora tətbiq olunan sanksiyaların bizə də müəyyən təsirləri olacaq".

Musavat.com xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev bildirib.

O qeyd edib ki, həmin təsirlərin nə qədər və hansı müddətdə olacağını bilmək isə zaman məsələsidir: "Bu prosesləri ətraflı və dərindən monitorinq və qiymətləndirmə edirik".

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə nəticəsində ABŞ və Qərbin cavabı Rusiyaya qarşı maliyyə tarixində analoqu olmayan sanksiyaları tətbiqi oldu. Bunların sırasında sanksiya altında olan bankların (növbəti mərhələdə ola bilsin hətta bütün bank sisteminin) SWIFT-dən ayrılması, Avropa İttifaqının Rusiya Bankı ilə bütün tranzaksiyalarının qadağan edilməsi, bu ölkənin qızıl-valyuta ehtiyatlarını dondurulmasını qeyd etmək olar. Bunun nəticəsi olaraq, Rusiya Bankı uçot dərəcəsini birdən birə iki dəfə qaldırdı, qeyri-rezidentlərin ölkədən 5 min ABŞ dollarından artıq vəsaitin çıxarılmasına qadağan edildi, fiziki və hüquqi şəxslər birjadan valyuta alarkən 12 % həddində komissiya odəməli, ixracdan qazanılan valyutanın 80 %-i satılmalı və banklardan çəkilən valyuta miqdarına məhdudiyyət qoyuldu.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR