İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərhum jurnalist Qadir İbrahimli ilə vida mərasimi keçirilib Yenilənib

2693 20.05.2022 14:15 Gündəm A A

Mərhum jurnalist Qadir İbrahimli ilə vida mərasimi başa çatıb.

Musavat.com-un xəbərinə görə, mərhumun meyiti dəfn olunmaq üçün Lənkəran şəhərinə yola salınıb.

O, bu gün torpağa tapşırılacaq.

 

***

Kəskin qaraciyər sirrozundan əziyyət çəkən tanınmış jurnalist Qadir İbrahimli xəstəxanada vəfat edib.

Bu barədə Musavat.com-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 53 yaşlı jurnalist az öncə dünyasını dəyişib.

Qeyd edək ki, mərhum kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Qeyd edək ki, jurnalistlik fəaliiyyəti boyunca Qadir bir çox mətbu nəşrlərdə, o cümlədən "Yeni Müsavat" qəzetində çalışıb, iqtisadiyyata dair yazılarla çıxış edib. Qəzetimizin kollektivi bu daima pozitiv olan işıqlı həmkarımızı həmişə xoş xatirələrlə anacaq.

***

Qadir İbrahimli ilə vida mərasimi keçiriləcək. Mərasim saat 13.00-da "Jurnalistlər binası"nın həyətində olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR