İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mərakeş gənc Azərbaycan rəssamlarının gözü ilə” adlı sərgi açılıb - Fotolar  

606 27.04.2023 13:57 Mədəniyyət A A

 

Mərakeş Krallığının Bakıdakı Səfirliyi 25-28 aprel 2023-cü il tarixlərində Bakı Gənclər Mərkəzində (BGM) “Mərakeş gənc Azərbaycan rəssamlarının gözü ilə” mövzusunda rəsm sərgisi təşkil edir.

Musavat.com bildirir ki, sərgi səfirliyin ötən ilin yayında başladığı eyni mövzu ətrafında rəsm müsabiqəsində iştirak edən gənc rəssamların yaradıcılığına və səylərinə qiymət verir.

Tanınmış Mərakeş və Azərbaycan rəssamlarından ibarət münsiflər heyəti ilə birgə təşkil olunan bu müsabiqə ictimaiyyət arasında böyük uğur qazanıb və 520 gənc azərbaycanlı rəssamın iştirakı ilə seçilib.

8 dekabr 2022-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində münsiflər heyəti tərəfindən seçilmiş əsərlərin mükafatlandırılması mərasimi təşkil edilib.

2023-cü il aprelin 25-dən 28-dək təqdim olunan əsərlər Mərakeşin mədəni müxtəlifliyinə, oyandırdığı ilham və emosiyaya təmsil edir. Onlar həmçinin istifadə olunan texnikanın müxtəlifliyi vasitəsilə Azərbaycan gənclərinin böyük istedadını və bədii potensialını əks etdirir.

Tədbirin açılış nitqində Mərakeş Krallığının səfiri Mohamed Adil Embarch bütün gənc rəssamları təbrik edərək, Mərakeş və Azərbaycan mədəniyyətləri arasında çoxlu oxşarlıqları xatırladıb, Mərakeşin hər zaman Yves Saint-Laurent, Eugène Delacroix, Henri Matisse, Paul Bowles və digərləri kimi böyük sənətkarlar üçün ilham mənbəyi olduğunu vurğulayıb. Həmçinin qeyd edib ki, rəssamlıq, yazı, musiqi, kino və ya moda sahələrində Mərakeş ziyalıları tez-tez rəssamların hisslərini qamaşdırır və onların yaradıcılığını stimullaşdırırdı.

Səfir çıxışının sonunda  tədbirin reallaşmasında və Mərakeş ilə Azərbaycan arasında mövcud olan mədəni əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verdiyinə görə Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz xanım Babayevaya təşəkkürünü bildirib.

Açılış bir sıra ictimai şəxslərin, o cümlədən rəssamların, gənc rəssamların və onların ailə üzvlərinin, diplomatik korpusun və bir çox KİV nümayəndələrinin iştirakı ilə baş tutub. 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR