İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mənim bankım yoxdur, oğlum Teymur Mehdiyevindir...” - Ramiz Mehdiyev

2521 10.10.2023 15:14 Gündəm A A

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə məxsus olduğu deyilən Bank BTB-nin satışa çıxarıldığı ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatda bankın artıq satılmaq üzrə olduğu və qiymət məsələsinin Ramiz Mehdiyevlə razılaşdırılacağı bildirilib.

Manset.az məsələ ilə bağlı Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında bankın onlara aid olduğunu təsdiq edib:

- Mənim bankım yoxdur. Oğlumun adınadır, o da idarə edir. Bu da indinin məsələsi deyil

- Oğlunuz general Teymur Mehdiyevin adınadır bank?

- Yox, Teymurun adına deyil. Deyəsən, yoldaşının adınadır.

- Bank, həqiqətən, hazırda satışdadır?

- Satılmayıb, satışda da deyil. Bu məlumatlar yalandır. Belə yalan məlumatlar hardan çıxır bilmirəm.”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR