İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiya-Çin transsərhəd ticarətini hədəf aldı: Bu şirkətlər qara siyahıda

264 15.01.2025 20:51 Dünya A A

ABŞ Maliyyə Nazirliyi Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) sanksiyalı malların ticarətini maliyyələşdirmək sxemində iştirak edən Rusiya və Çin şirkətlərinə qarşı sanksiya tətbiq edib.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Maliyyə Nazirliyi açıqlayıb.

Nazirlik bildirir ki, Rusiya və Çin hər iki ölkədə transsərhəd ödənişlər üçün qarşı tərəf rolunu oynayacaq və sanksiyaya məruz qalan mallar üçün ödənişlər üçün nağdsız hesablaşmaları asanlaşdıracaq regional klirinq platformaları (RCP) yaratmaq üzərində işləyirlər.

Departamentin məlumatına görə, sxemə Sberbank, Alfa-Bank, Sovcombank, T-Bank və Tochka Bank kimi artıq sanksiya siyahısında olan iri banklar, eləcə də bu günə qədər sanksiyalara məruz qalmayan digər Rusiya şirkətləri daxildir: "Gerbarium Office Management" (Gerbarium) MMC, "Atlant Torg" ASC, "Sigma Partners" MMC, "Transactions and Settlements" ASC, "Arktur" ASC və Paylink Limited.

ABŞ bu cür sxemlərdə iştirak edən Çin şirkətlərini də qara siyahısına daxil edib. Onların arasında Anhui Hongsheng International Trade Co Ltd, Qingyuan Fo Feng Leda Supply Chain Service Co Ltd, Heilongjiang Shunsheng Economic And Trade Development Co Ltd, Qingdao Hezhi Business Service Co Ltd, Sincan Financial Import And Export Co Ltd, Hangzhou Xianghe Trading Co Ltd, Shaanxi Hongrun Jinhua Trading Co Ltd, Fujian Xinfuwang International Trade Co Ltd və Jilin Province Shunda Trading Company Ltd. var.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR