İnsanlara hürriyət, millətlərə istiqlal!

Məmur tərəfindən döyülən qadın Vəkillər Kollegiyasının üzvüdür? RƏSMİ AÇIQLAMA

1402 19.05.2022 11:21 Gündəm A A

"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakıda qadın vəkilin icra məmuru tərəfindən döyülməsi ilə bağlı məlumat yayılıb. Yayılan məlumatda adıçəkilən Hüseynbəyli Ülkər Hüseyn qızı adlı şəxs Vəkillər Kollegiyasının üzvü deyil".

Musavat.com xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının məlumatında qeyd olunub.

Həmçinin məlumatda bildirilir ki, Kollegiyanın rəsmi veb-səhifəsində (www.barassociation.az) yerləşdirilmiş “fəaliyyət göstərən vəkillərin siyahısı” bölməsindən və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq şəxslərin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirə bilərlər:

"Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırır və sözügedən xəbəri dərc etmiş KİV-ləri məlumatı dəqiqləşdirib yenidən dərc etməyə dəvət edirik".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR