İnsanlara hürriyət, millətlərə istiqlal!

Memarlar İttifaqının sədrindən imkanlı şəxslərə ÇAĞIRIŞ: "İş adamları..."

1211 10.12.2022 17:50 Mədəniyyət A A

"Dünyada heç bir abidənin bərpası dövlət vəsaiti hesabına aparılmır".

Bunu "Report"a açıqlamasında Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib.

İnsanlar tarixi abidələrin bərpasının məhz dövlət tərəfindən həyata keçirilməsinə öyrəşib: "Amma bu, dünyada belə deyil. Dünyada heç bir abidənin bərpası dövlət vəsaiti hesabına aparılmır. Misal olaraq, iş adamları və mesenatlar var ki, tarixi abidələrin bərpası işlərini öz vəsaitləri hesabına icra edirlər. Bizim ölkəmizdə də varlı və imkanlı şəxslər kifayət qədərdir. Bəs onlar bunu niyə etmir? Çünki düşünürlər ki, hər şeyi dövlət etməlidir. Axı dövlətin məşğul olduğu kifayət qədər sosial və digər məsələlər var, amma bununla yanaşı zərurət yarandığı təqdirdə bərpa məsələlərinə də büdcədən bir hissənin ayrılmasına məcburiyyət yaranır".

İttifaq sədri hesab edir ki, cəmiyyətin düşüncəsi dəyişməli və birlik yaranmalıdır: "İmkanlı şəxslər düşünməlidirlər ki, milli-mənəvi dəyərlərimizi özündə ehtiva edən və yaşadan abidələrimizin bərpasına onlar da öz töhfələrini verə bilərlər. Axı bir imkanlı şəxs niyə bir abidənin bərpası məsələsini öz üzərinə götürüb öz vəsaiti hesabına bərpa edərək xalqa təhvil verməsin? Bu zaman maddi gəlir olmayacaq, amma hər şeydən gəlir düşünmək olmaz. Onlar anlamalıdırlar ki, adları əsrlərlə yaddaşlarda qalacaq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR