İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblilərin DİQQƏTİNƏ! 16-20 noyabrda... - Fotolar

1761 11.11.2022 15:52 Mədəniyyət A A

Noyabrın 16-dan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində 5 günlük payız tətili başlayacaq. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, payız tətili noyabrın 20-dək davam edəcək. Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Musavat.com payız tətili günlərində məktəblilərin mədəni istirahəti üçün bir neçə teatrın repertuarını araşdırıb.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının mətbuat katibi Həmidə Rüstəmova bildirdi ki, 16 noyabr tarixində “Oyaq gözəl” tamaşası (V.İlyuxov) nümayiş olunacaq: 12.00, 14.00, 16.00-da, saat 18.00-da isə rus dilində təqdim olunacaq.

17 noyabrda saat 12.00, 14.00, 16.00-da “Göyçək Fatma” (K.Ağayeva) saat 18.00-da “Çipollino” (C.Rodari) tamaşası (rus dilində) nümayiş olunacaq.

18 noyabrda uşaqları saat 12.00, 14.00, 16.00-da “Piter Penn” (C.Barri), saat 18.00-da rus xalq nağılı “Durna balığı” (rus dilində) tamaşalarına baxa biləcəklər.

Balacalar tətil günlərində sevimli qəhrəmanları Düyməcik və Karlsonu da görə biləcəklər: 19 noyabr saat 12.00, 14.00, 16.00-da “Düyməcik” (H.X.Andersen), saat 18.00-da isə “Karlson” (A.Lindqren, rus dilində).

20 noyabr isə kiçik teatrallar səhnədə “Ağca və yeddi cırtdan” ı (Qrimm qardaşları) saat 12.00, 14.00, 16.00-da, və saat 18.00-da rus dilində “Qoğal”ı izləyə biləcəklər.

AFISHA-REPERTUAR-NOYABR  sayt.jpg (1.92 MB)

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı Musavat.com-a açıqlamasında qeyd etdi ki, 16-20 noyabr tarixlərində məktəblilər üçün Cəlil Məmmədquluzadənin “Anamın kitabı” dramı əsasında hazırlanmış tamaşa nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru xalq artisti Firudin Məhərrəmovdur.

314517534_460973812806037_118594889453051013_n.jpg (102 KB)

Dövlət Gənc Tamaşaçılar Teatrı da məktəblilərin payız tətili günləri üçün maraqlı tamaşalar hazırlayıb. Teatrın mətbuat katibi Hüsniyyə Quliyeva Musavat.com-a açıqlamasında həmin günlər üçün repertuarı açıqladı:

16 noyabrda “Şirinlər” (P.Culliford)
17 noyabrda “Çipollino” (C.Rodari)
18 noyabrda “Balaca və damda yaşayan Karlson” (A.Lindqren)
19 noyabrda “Çirkin ördək balası” (H.X.Andersen)
20 noyabrda “Bremen musiqiçiləri” (Y.Entin, V.Livanov, rus dilində)

Qeyd edək ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR