İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdə "Bilik Günü" qeyd edilməyəcək - RƏSMİ

4593 14.09.2022 11:45 Təhsil A A

Ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr – "Bilik Günü"nün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb.

Bu barədə Musavat.com-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub:

"Şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik! Bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr – "Bilik Günü"nün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb. Valideynlərin isə bu məsələni anlayışla qarşılamaları xahiş olunur. Ümumi təhsil müəssisələrində ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunacaq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR