İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəb ləvazimatları neçəyədir? - QİYMƏTLƏR

1687 13.09.2022 15:15 Təhsil A A

Yeni tədris ilinin başlanmasına 2 gün qalıb. Şagirdlər 3 aylıq tətildən sonra məktəbə hazırlaşır, valideynlər isə məktəb üçün alış-veriş edirlər. Bəs şagird ləvazimatları satılan mağazalarda qiymətlər necədir?

Musavat.com xəbər verir ki, Trend-in əməkdaşı paytaxtda yerləşən məktəbli ləvazimatları mağazasında olub, qiymətlərlə maraqlanıb.

Satıcıların sözlərinə görə, bu il əsasən kağız məmulatlarında qiymət 15-20 qəpik artıb. Bunun da əsas səbəbi odur ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində həmin ölkələrdən gələn kağız materiallarının qiyməti artıb. Digər ləvazimatların daşınma xərci də cüzi artıb.

Məktəb alış-verişi deyilən kimi ağıla ilk çanta gəlir. Çantaların qiyməti keyfiyyətindən, harada istehsal olunmasından asılı olaraq 15-55 manat arasında dəyişir.

Beləliklə əsas məktəb ləvazimatlarının qiymətləri aşağıdakı kimidir:

Çanta: 15-55 manat

Dəftər: 40 qəpik - 2 manat

Sadə karandaşlar: 10 qəpik -1,80 manat

Rəsm albomları: 1-4 manat

Dəftər-kitab üzlükləri: 20 qəpik

Sadə qələmlər: 10-30 qəpik, daha keyfiyyətliləri 1 manata qədər

Rəngli karandaşlar: 1 - 8 manat

Pozan: 20-50 qəpik

Qələmyonan: 15 qəpik - 1 manat 20 qəpik

Xətkeş: 20 qəpik -2,40 manat

Plastilin: 1- 4,40 manat

Quaş: 1-4 manat

Fırça: 30-50 qəpik

Pərgar dəsti: 1 - 3,6 manat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR