İnsanlara hürriyət, millətlərə istiqlal!

Meksikada qaçırılmış 30 Gürcüstan vətəndaşı axtarılır

776 16.03.2024 19:57 Dünya A A

Meksika vasitəsilə ABŞ sərhədini keçməyə çalışan 30-a qədər Gürcüstan vətəndaşı yerli kartel tərəfindən girov götürülüb.

Musavat.com bildirir ki, bu barədə “Novosti-Georgia” xəbər yayıb.

Yaxınları bildiriblər ki, qaçıranlar girovların azad edilməsi müqabilində 90 min dollar tələb ediblər.

Mtavari telekanalı itkin düşənlərdən birinin mesajını nümayiş etdirib, ona pul istəmək üçün qohumları ilə əlaqə saxlamağa icazə verilib. O, digər 120 girovla birlikdə zirzəmidə saxlandığını bildirib. Görünür, onların arasında başqa ölkə vətəndaşları da var.

Yaxınları kömək üçün Gürcüstan Xarici İşlər Nazirliyinə müraciət ediblər.

Gürcüstan Xarici İşlər Nazirliyi əlavə məlumat əldə etməyə çalışdıqlarını bildirib. Səfirlik vasitəsilə meksikalı mühacirlərlə əlaqə saxlanılıb. İndiyədək Gürcüstan vətəndaşlarının harada olduğunu müəyyən etmək mümkün olmayıb.

Telekanalım mənbələri iddia edir ki, artıq 15 nəfər üçün məbləğin yarısı, yəni 45 min dollar köçürülüb. İndi qalanlar üçün sövdələşmənin davam etdiyi iddia edilir.
Məsələ ilə yaxından tanış olan kanalın mənbəsi hesab edir ki, yerli hakimiyyət orqanlarının köməyinə ümid etmək lazım deyil. O, bildirib ki, Gürcüstan vətəndaşları birbaşa Meksikanın immiqrasiya rəsmiləri tərəfindən kartelə təhvil verilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR