İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehmet Nuri Ersoy: “Dünyaya söyleyecek çok şeyimiz var” - fotolar

1178 07.11.2022 10:37 Mədəniyyət A A

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilagçılığı ilə 2022-ci ildə “Türk Dünyası Mədəniyyət Paytaxtı” elan olunan Bursada düzənlənən 2-ci Qorqud Ata Türk Dünyası Film Festivalı ödülləri 5 gün çəkən festivalın finalında sahiblərinə təqdim olundu. Musavat.com-un əməkdaşı xəbər verir ki, “Merinos” Atatürk Konqres və Mədəniyyət Mərkəzində kino dünyasını bir araya gətirən törəndə, “Vəga Ödülü” təqdim olunan Türk kinosunun sultanı Türkan Şoray ayaq üstə alqışlanıb.

aa1ab508-3ea8-493b-a9af-a7fea6962b23.jpeg (112 KB)

Türk dünyası kinosunun ortaq mədəni dəyərlərinin qorunması məqsədiylə 1-5 noyabr tarixlərində keçirilən möhtəşəm festivalda 10 ölkə və 7 bölgə olmaqla 17 coğrafiyadan 52 film kinosevərlərə təqdim edilib. Möhtəşəm final gecəsində Türkiyə Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy, Türkmənistan mədəniyyət naziri Atageldi Şamuradov, Qırğızıstan mədəniyyət, elm, idman və gənclər naziri Altyınbek Maksutov, Özbəkistan mədəniyyət naziri Ozodbek Nazarbekov, TÜRKSOY-un baş katibi Sultan Raev, Qazaxıstan mədəniyyət və idman nazirliyinin mədəniyyət komitəsinin başqanı Roza Karibzhanova, Bursa valisi Yakup Canpolat, Bursa Böyükşəhər Bələdiyyə başqanı Alinur Aktaş, TRT genel müdiri Zahid Sobacı, AK Parti Bursa şəhər başqanı Davud Gürkan, həmçinin kino aektorunun önəmli təmsilçiləri, rejissor, ssenarist, aktyorlar qatılıblar.

24 filmin yarışdığı feativalda “Uzun Metraj Kurmaca Film", "Belgesel Film", "Vefa Ödülü", "TÜRKSOY Özel Ödülü” ve “Türk Kültürüne Katkı Ödülü” kateqoriyaları üzrə ümumilikdə 16 ödül sahiblərinə təqdim edilib. Final gecəsində iştirak edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy “Ağacın kökü toprağın derinine ne kadar iniyor, ne denli geniş alana yayılıyorsa, boyu ve görkemi o kadar büyük, dallarının gölgesi o denli kapsayıcı olur. Bu gerçeği festivalimizde de tecrübe ediyoruz. Bu yıl “doğa” temasıyla düzenlenen festivalde sanatçılarımız, sahibi değil parçası olduğumuz dünyaya dair bizlere yepyeni pencereler açtılar. Aslımızı bildiğimiz ve algımızı mümkün olduğunca geniş tuttuğumuz müddetçe, kendimizi anlatmamız ve anlaşılmamız o denli kolay olacaktır. Bu yıl festivalimizle birlikte “Türk Dünyası Sinema Zirvesi”nin ikincisini de gerçekleştirdik. Zirvede kültürel ve sanatsal iş birliği olanaklarını değerlendirmek adına güçlü bir irade ortaya konuldu. Geçen yıl imzaladığımız deklarasyon ile ortaya koyduğumuz ortak adımların bir an önce atılması arzusundayız. Bu yıl hepsinden önemlisi gençlerimiz kendilerini gösterme imkânı buldu. Kazakistan, Kırgızistan, Özbekistan, Azerbaycan ve Tataristan'dan ikişer öğrencimizi Türkiye'de ağırladık. Buradaki arkadaşlarıyla beraber, birer dakikalık belgesel filmler çektiler”-söyləyib. Hər kəsə təşəkkür edən nazir “dünyaya söyleyecek çok şeyimiz var. Sanatı, sinemayı tercüman kıldık, konuşmaya, anlatmaya devam edeceğiz”-deyərək əlavə edib.

Tədbirin sonunda Mehmet Nuri Ersoy Azərbaycan media mənsubları ilə foto çəkdirdi.

Elşad Paşasoy,
Musavat.com
Bursa

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR