İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhluqə Rəhimovaya 1 milyon "atan" axtarışa verildi

1286 01.05.2023 21:52 Kriminal A A

Azərbaycanda “Əlil Qadınlar Cəmiyyəti”nin sədri Məhluqə Rəhimovanın 1 milyon manat pulunu mənimsəyən şəxs axtarışa verilib.

Bu barədə Musavat.com-a Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Qeyd olunub ki, Nadirov Ramis Mövlud oğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir.

DİQQƏT! - Azərbaycanın bəzi rayonlarında yollar dumanlı olacaq
Onun barəsində axtarış elan olunub.

Qeyd edək ki, M.Rəhimovaya qarşı dələduzluq edilməsi barədə bir neçə il əvvəl mediada məlumatlar yayılmışdı.

Mətbuata danışan Məhluqə Rəhimova qeyd edib ki, Bakı şəhər sakinləri – 1950-ci il təvəllüdlü İslam Qulam oğlu Süaci və 1957-ci il təvəllüdlü Ramis Mövlüd oğlu Nadirov 1 milyon manata yaxın pulunu mənimsəyiblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR