İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə zalında diz çöküb ağladı

4554 15.11.2023 20:55 Şou-biznes A A

İki həftə əvvəl həbs edilən Engin-Dilan Polat cütlüyü müğənni Banu Parlakın gözəllik mərkəzinin atəşə tutulması ilə bağlı aparılan məhkəməyə çıxarılıblar.

Cütlük məhkəmədə günahkar bilinərək növbəti dəfə həbs olunublar. Qərarı eşidən Dilan "Engin, bizim günahımız yoxdur. Onları Allaha tapşırıram" deyərək, dizini yerə qoyub ağlayıb.

Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarını pozmaq cinayətləri ilə barələrində həbs qərarı çıxarılan Dilan və Engin Polat ikinci həbs qərarına etiraz ediblər.

Banu cütlüyün ikinci dəfə həbs edildiyini eşidən kimi, rəqs videosu yayımlayaraq, sevincini bölüşüb.

Qeyd edək ki, müğənni Banu Parlakın sahibi olduğu gözəllik mərkəzi atəşə məruz qalıb. Hadisədən sonra polis məsələ ilə bağlı araşdırma aparıb. Hadisədə şübhəli qismində Dilan və Engin göstərilmişdi.//Axşam.az

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR