İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə tanınmış meyxanaçı barəsində qərar verdi - foto

1443 11.01.2024 11:07 Ölkə A A

Qanunsuz narkotik dövriyyəsində təqsirli bilinərək məhkum edilmiş meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) kassasiya şikayətinə baxılıb.

Meyxanaçı şikayətində barəsindəki azadlıqdan məhrumetmə ilə bağlı qərarın ləğv edilərək azadlığa buraxılmasını xahiş edib.**“Qafqazinfo”

Ali Məhkəmədə keçirilən iclasda prokuror əvvəlki qərarın qanunauyğun olduğunu deyib. Məhkəmə tərəflərin münasibətini öyrəndikdən sonra şikayətin təmin edilmədiyini elan edib.

Sumqayıtlı haqda 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb. Yekun qərarla meyxanaçı bundan sonrakı 5 il 3 ayı da həbsdə keçirməlidir.

Qeyd edək ki, Cavid Sumqayıtlı 2021-ci ilin oktyabrında həbs edilib. Meyxanaçı külli miqdarda narkotik dövriyyəsində təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib.

 

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR