İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyevdən şok açıqlama: Yarım milyon muzdlu...

1232 01.12.2023 19:29 Dünya A A

Bu il yanvarın 1-dən dekabrın 1-dək Rusiya Ukraynada döyüşmək üçün ordu sıralarına 452 mindən çox muzdlu qəbul edib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Sibir Federal Dairəsinə işgüzar səfəri zamanı silahlı qüvvələrin müqaviləli hərbçilərlə təchiz edilməsinə dair müşavirədə deyib:

“Müdafiə Nazirliyinin məlumatına görə, bu il yanvarın 1-dən dekabrın 1-dək bütün ölkə üzrə 452 mindən çox insan xüsusi hərbi əməliyyatın maraqları naminə hərbi xidmətə çağırılıb”.

Onun sözlərinə görə, orduya muzdlu cəlbində Moskva, Sevastopol və Çeçenistan rəhbərliyi xüsusilə fərqlənib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR