İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev: “Bayden seçkidə məğlub olacaq”

704 08.12.2023 14:42 Son xəbər A A

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedyev ABŞ-ın hazırkı prezidenti Co Baydenin növbəti seçkidə uduzacağını ehtimal edir.

“Onları impiçment və seçkilərdə uduzmaq perspektivi gözləyir. Bizə ünvanlanan qaba şantaj, davamlı isteriya və vəhşiyana eyhamlar bu üzdəndir”, – Medvedyev özünün Telegram kanalında ABŞ-ın hazırkı administrasiyasının siyasətini şərh edərkən yazıb.

O qeyd edib ki, ABŞ Konqresinin primitiv şantajı heç də yeni deyil və tarixi presedentlərə malikdir. "Bizim oğlana pul verin (soyadı özünüz yazın), çünki ruslarla müharibəyə başlamalıyıq". Bunu müxtəlif vaxtlarda Amerikanın müxtəlif prezidentləri deyib, qanunvericilərindən dollar qoparıblar”, - Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini izah edib.

Bununla belə, o əlavə edib ki, Amerika siyasi diskursunda “Co, Hanter və tərəfdaşları" tərəfindən yaradılan yeni bir fenomen var: “ABŞ prezidentləri və onların ailə üzvləri heç vaxt bunlar kimi açıq şəkildə öz korrupsiya əməllərin üçün bu qədər aqressiv və həyasızcasına pul talamayıblar. Kuba böhranından sonra heç vaxt Rusiya və NATO arasında üçüncü dünya müharibəsinə səbəb olası birbaşa toqquşma kimi real təhlükə olmayıb”.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, ABŞ administrasiyası və Ukrayna hakimiyyəti pulu yeni ildə alacaq. “Hər nəyin bahasına olursa, olsun, müharibəni davam etdirmək üçün. Və bu qənimət üçün yeni qan çayları axacaq, bunun məsuliyyəti Bayden ailəsi və bütün Bandera əclaflarının üzərinə düşür”, - Medvedyev ənənəvi qəzəbli ritorikasını yekunlaşdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR