İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev: “Bayden özünü nahaq Ruzveltlə müqayisə edir”

640 08.03.2024 14:18 Dünya A A

ABŞ prezidenti Co Bayden özünü sələfi, ölkənin 32-ci prezidenti Franklin Ruzveltlə müqayisə etməkdə səhv edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev X sosial şəbəkəsindəki hesabında bildirib.

“Birincisi, Ruzvelt əlil arabasında zəif adam olmasına baxmayaraq, o, Amerikanı Böyük Depressiyadan çıxartdı; Bayden isə insanlığı cəhənnəmə sürükləməyi qarşısına məqsəd qoyan çılğın, əqli geriliyi olan bir insandır. İkincisi, Ruzvelt müttəfiqlərlə, o cümlədən SSRİ ilə birlikdə sülh uğrunda mübarizə aparırdı; Bayden fəal və israrla üçüncü dünya müharibəsini başlamağa çalışır”, - deyə siyasətçi bildirib.

Medvedyev onu da əlavə edib ki, Bayden məhz Ruzveltin mübarizə apardığı qüvvələri dəstəkləyir.

Dünən prezident Bayden ABŞ konqresində illik çıxışında özünü II dünya müharibəsi zamanı ölkəyə rəhbərlik etmiş, nasist Almaniyasının lideri Adolf Hitlerlə döyüşən Ruzveltlə müqayisə edib. Xüsusilə, 1941-ci ildə Ruzveltin Avropadakı müharibə fonunda konqresi “ayılmağa” çağırdığını xatırladıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR