İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedevdən ŞOK HƏDƏ: “Ukraynanın da, NATO-nun da yox olması üçün...”

925 11.07.2024 15:34 Dünya A A

“Biz Ukraynanın da, NATO-nun da yox olması üçün əlimizdən gələni etməliyik”.

Musavat.com xəbər verir ki, bu fikirləri Telegram kanalında Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedev qeyd edib.

Medvedev yazıb:

“Düşmənlərimiz NATO-nun Vaşinqtondakı sammitinin bəyannaməsində bildiriblər ki, onlar Ukraynaya Avro-Atlantik inteqrasiyaya, o cümlədən NATO üzvlüyünə doğru dönməz yolda dəstəyi davam etdirəcəklər. Nəticə göz qabağındadır. NATO-ya gedən “dönməz yol” da Ukraynanın yox olması üçün, ya da NATO-nun özünün də, daha yaxşısı isə hər ikisinin yox olması üçün hər şey etməliyik”, - deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini yazıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR