İnsanlara hürriyət, millətlərə istiqlal!

MEDİA xəbərdarlığını elədi, bəs media?

620 22.08.2022 20:21 Gündəm A A

Qulu Məhərrəmli: “Bəzi media qurumları kimlərdənsə asılıdır, onlar xəbərləri tam dürüst, dəqiq verə bilmirlər”

Elçin Şıxlı: “...Ona görə də mediada hərc-mərclik, biabırçılıqdır”

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində mütəmadi olaraq media subyektlərinin fəaliyyəti ilə bağlı təhlillər aparır və Agentliyin ümumi fəaliyyəti barədə hesabatlar hər ay media ictimaiyyətinə təqdim edilir.

MEDİA-dan verilən məlumata görə, aparılan təhlillər göstərir ki, bəzi media subyektləri öz fəaliyyətlərində jurnalistikanın əsas norma və prinsiplərini pozmaqla, materialların hazırlanmasında birtərəfliliyə yol verməklə, qarşı tərəf və ya tərəflərin mövqeyini öyrənməməklə, həmçinin aldadıcı başlıqlardan istifadə etməklə “Media haqqında” Azərbaycan Respublikasının Qanununun və “Redaksiya siyasəti və peşə etikası qaydaları”nın tələblərini pozur.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektlərini belə hallara yol verməməyə, fəaliyyətlərində “Media haqqında” Azərbaycan Respublikasının Qanununa və “Redaksiya siyasəti və peşə etikası qaydaları”na riayət etməyə çağırır. Bildirir ki, belə hallar təkrarlanarsa, pozuntuya yol vermiş media subyektlərinə rəsmi xəbərdarlıq ediləcək və xəbərdarlıqlar Agentliyin rəsmi informasiya resurslarında yerləşdiriləcək. Xəbərdarlığa əməl edilməyəcəyi təqdirdə isə, qanunvericiliyə uyğun olaraq, növbəti tədbirlərin görülməsi təmin ediləcək.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bütün media subyektlərini peşəkar və məsuliyyətli olmağa, eyni zamanda, informasiya alan tərəflərin də hüquqlarına hörmətlə yanaşmağa çağırır.

Professor: “Azərbaycanın işğaldan azad edilmiş bölgəsində yeni proses  başlayıb” - 11.02.2021, Sputnik Azərbaycan

Bəs qoyulan problemlərlə necə mübarizə aparmalı? Oxucunun etimadını qazanmaq və bu etimadı qoruyub saxlamaq bir media subyekti üçün nə deməkdir? Azərbaycan mətbuatında peşəkarlar kifayət qədərdirmi?

Mövzu ilə bağlı Əməkdar jurnalist, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb:


“Ümumiyyətlə, jurnalistikanın qızıl qaydaları var. Həmin qızıl qaydalardan ən önəmlisi məlumatların doğru-dürüst , dəqiq və balanslı şəkildə verilməsidir. Məlumatın balanslı şəkildə verilməsi həm də məlumatın, xəbərin tamlığına, dolğunluğuna xidmət edir. Ona görə də xüsusən də münaqişəli vəziyyətlərdə bir tərəfin mövqeyini verib, digər tərəfin mövqeyinin verməmək yanlışdır. Bu istər iqtidar, istərsə də media qurumu olsun, hamısına aiddir, hamı üçün qəbul olunmuş prinsipdir və son illərdə media ilə bağlı qəbul olunmuş qanunlarda da öz əksini tapır. Hətta əvvəlki qanunda daha geniş və parlaq şəkildə göstərilib. Həmçinin televiziya və radio yayımları haqqında məlumatlarda da xəbərlərin tam, dolğun-dürüst balanslı verilməsi qeyd olunur. Ona görə də media olaraq buna əməl etməliyik.

Bəs əməl etməyəndə nə baş verir? Əvvəla informasiyanın doğruluğuna, dəqiqliyinə şübhə yaranır. İkincisi, baş vermiş hadisə ilə bağı mahiyyət doğru-dürüst çatdırılmır. Üçüncüsü, oxucuda və yaxud tamaşaçıda həmin hadisənin obrazı yaranmır, yəni çoxlu sayda suallar ortaya çıxır. Ona görə də xəbər üçün verilmiş 6 sualdan başqa həm də xəbər parametrləri, standartlar var ki, onlara əməl etmək vacibdir. Standartlara əməl olunması əlbəttə ki, peşəkarlıq göstəricisidir. Doğrudur, bəzi media qurumları kimlərdənsə asılıdır, onlar xəbərləri tam dürüst, dəqiq verə bilmirlər. Bu zaman tamaşaçı və oxucuda həmin media qurumuna qarşı fərqli fikri formalaşır, artıq ciddi məsələlərdə həmin media qurumunun materiallarını oxumurlar və sairə. Bu baxımdan bizim peşəkar media qurumları çalışmalıdırlar ki, hər zaman siyasi mövqedən, biznes asıllığından, digər amillərdən asılı olmayaraq ,xəbəri doğru-dürüst dəqiq versinlər. Buna jurnalistikanın əlifbası kimi baxır və mediadan bu prinsipə əməl olunmasını gözləyirik”.

Elçin Şıxlı Prezidentə məktub YAZDI

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə qeyd etdi:

“Deyilən problemləri aradan qaldırmaq üçün sadəcə olaraq həqiqəti yazmaq lazımdır və media subyektləri özləri özlərini dolandırmağı bacarmalıdırlar. MEDİA da bundan ötrü yaranıb ki, həmin şəraiti mümkün qədər təmin etsinlər. Yəni, elə etməlidirlər ki, reklam, ədalətli rəqabət şəraiti olsun və sairə.

O ki qaldı hazırda Azərbaycan mətbuatında kifayət qədər peşəkarların olub-olmamasına, deyə bilərəm ki, indi peşəkar jurnalistlərin sayı bizdə mövcud olan media subyektlərinin sayına çatmır. Yəni peşəkarlarımız var, lakin o qədər media subyektləri açılıb ki, onların hamısına peşəkar jurnalistlər yetmir. Ona görə də hərc-mərclik və biabırçılıqdır”.

Xalidə Gəray,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR