İnsanlara hürriyət, millətlərə istiqlal!

Mədə xərçənginin qarşısını alan QİDALAR

16357 02.12.2023 15:06 Yaşam A A

London İmperial Kollecinin alimləri müəyyən ediblər ki, ispanaq, kələm və brokolidə olan fol turşusu kolorektal xərçəng riskini 7 faiz azalda bilər.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatda 70 mindən çox insan iştirak edib.

Alimlər gündəlik istehlak edilən fol turşusu (vitamin B9) miqdarının bağırsaq xərçənginin (kolorektal xərçəng) inkişafına necə təsir etdiyini öyrənməyə çalışıblar. Araşdırmalar göstərib ki, hər 260 mikroqram fol turşusu bu növ xərçəngə tutulma riskini 7 faiz azaldır. Bu miqdar vitaminin tövsiyə olunan gündəlik qəbulunun (400 mikroqram) 65 faizinə uyğundur.

WhatsApp-Image-2022-08-24-at-17.jpg (227 KB)

Məlum olub ki, fol turşusunun kolon xərçənginin inkişaf riskini azaltma qabiliyyəti üçüncü xromosomun 3p25.2 bölgəsində baş verən dəyişikliklərlə bağlıdır.

Alimlər qeyd ediblər ki, B9 vitamini ispanaq, kələm, brokoli, günəbaxan tumları, paxlalılar, sitrus meyvələrində zəngindir. Fol turşusu qida əlavəsi kimi də mövcuddur. 

Tədqiqatın nəticələri "The American Journal of Clinical Nutrition" (AJCN) jurnalında dərc olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR