İnsanlara hürriyət, millətlərə istiqlal!

MAXE küçədə bıçaqlandı

988 01.05.2023 18:20 Kriminal A A

Yevlaxda bıçaqlanma hadisəsi baş verib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, dünən axşam saatlarında Yevlax şəhərinin Nizami prospektində 1972-ci il təvəllüdlü Mayıl Həsənov Ağdaş rayon sakini, 1994-cü il təvəllüdlü Aqil Etibar oğlu Sadıqovu bıçaqlayıb. Döş qəfəsindən ağır xəsarət alan 29 yaşlı Aqil Sadıqov xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, bıçaqlanan şəxs hərbçidir. O, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdan artıq xidmət edən hərbi qulluqçudur. A.Sadıqov Vətən müharibəsində iştirakına görə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə də təltif edilib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR