İnsanlara hürriyət, millətlərə istiqlal!

Matevosyan: Paşinyan Zəngəzur dəhlizini qapalı qapılar arxasında təslim edib

739 11.07.2024 15:36 Dünya A A

“Dəhliz ABŞ üçün maraqlıdır, onlar Ermənistan vasitəsilə Avropaya daxil olmaq istəyirlər, Mərkəzi Asiya ölkələri ilə maraqlanırlar. Onlar Ermənistan vasitəsilə Qara dənizə çıxmaq istəyirlər. ABŞ Rusiyanın ayağının buradan kəsmək istəyir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli politoloq Beniamin Matevosyan hakim partiyanın deputatı Qagik Melkonyanın yuxarıda səslənən bu fikrinə sərt təpki göstərib.

“Melkonyanın bu sözlərindən sonra kimsə sizə “Zəngəzur dəhlizi”nin Moskva layihəsinin olduğunu deyirsə, bilin ki, bu kimsə sizi axmaq kimi qəbul edir. Zehni qabiliyyətləriniz haqqında belə aşağı fikirdə olan biri ilə ünsiyyət qurmağı dayandırın.

Belə görünür ki, rəsmi İrəvan artıq bu dəhlizi bağlı qapılar arxasında təslim edib.

İndi başa düşdünüzmü, Blinken, Bayramov və Mirzoyan arasında Vaşinqtonda görüş nə üçün olub?

İndi başa düşürsünüz ki, niyə “Amerika diplomatik desantı” bir-birinin ardınca Ermənistana enir?”,-deyə Matevosyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR