İnsanlara hürriyət, millətlərə istiqlal!

Maşını yüksək sürətlə sürdü, başçı müavininin avtomobilini vurdu

955 18.05.2024 22:19 Hadisə A A

Lerikdə İcra Hakimiyyətinə məxsus AA seriyalı avtomobilin yoluna çıxaraq qəza törədən və güzgüsünü sındıran şəxs həbs edilib.

Musavat.com-un “Qaynarinfo”ya istinadən xəbərinə görə, hadisə rayonun Əliabad kənd yolunda baş verib.

Belə ki, 1989-cu ildə Lerik rayonu, Sors kəndində anadan olmuş Cavid (şərti) idarə etdiyi “Niva” markalı avtomobili Əliabad kənd yolunda yüksək sürətlə idarə edib. Cavid avtomobili ilə Lerik Rayon İcra hakimiyyətinə məxsus “Cevrolet” markalı, AA dövlət qeydiyyat nişanlı maşının yoluna çıxıb. Hadisə nəticəsində ciddi qəza baş verməsə də, İcra Hakimiyyətinə məxsus avtomobilin güzgüsünü sındırıb. 

Qeyd olunur ki, AA dövlət qeydiyyat nişanlı avtomobildə icra başçısının müavini olub. Belə ki, 15 may 2024-cü il tarixində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Boykəndil kəndində səyyar qəbul keçirib.

Rayon rəhbərliyinin vətəndaşlarla qəbulu bitdikdən sonra icra başçsının müavini “Cevrolet” markalı avtomobillə Lerik şəhərinə doğru hərəkətdə olarkən hadisə baş verib. “Niva” markalı avtomobilin sürücüsü yolun onlara aid hissəsində yüksək sürətlə hərəkət edib və manevretmə qaydasını pozaraq icra başçsının müavinin olduğu avtomobilin üzərinə gələrək, yan güzgüsünü sındırıb. 

Sürücü saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1 maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə o, 15 gün müddətə inzibati həbs edilib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR