İnsanlara hürriyət, millətlərə istiqlal!

Masallı sakinindən 10 kiloqram narkotik aşkarlandı

334 09.04.2024 11:15 Ölkə A A

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinindən 10 kiloqram narkotik aşkarlayıblar.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Valeh Xudaverdiyev saxlanılıb. Onun əlindəki çuvaldan 10 kiloqramdan artıq heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə V.Xudaverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR