İnsanlara hürriyət, millətlərə istiqlal!

Marker olmaq istəyənlərin NƏZƏRİNƏ!

1912 21.12.2022 15:49 Təhsil A A

"Dövlət İmtahan Mərkəzinin ekspertlərinin sayı artırıla bilər".

Musavat.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, yoxlamalar onlayn aparılır.

"Hər bir marker evlərində sualı yoxlayıb, cavabı göndərir. Öz işinə, biliyinə güvənən insanlar marker kimi bizə qoşula bilərlər. Təbii ki, hər adamı da marker kimi işə qəbul etmirik. İş prosesində belə biz onları yoxlayırıq. Məsələn, 50 sualı yoxlayan marker ola bilər ki, 51-ci suala düzgün cavab verməsə, onun yoxladığı digər sualları yenidən başqa markerə yönləndiririk. Bu, kütləvi prosesdir. Milyonlarla sual dəqiq yoxlanılır. Heç kim deyə bilməz ki, sualı düzgün yoxlanılmayıb. Bu prosesi şəffaf apararaq hamıya cavab verməliyik. Ya da tam qapalı olaraq 10 gün ərzində yoxlayıb cavab verməli və müraciətləri də cavabsız qoymalıyıq. Axı biz bu yolu seçməmişik. İstər-istəməz də yoxlamalara vaxt gedir. Keyfiyyət kifayət qədər vaxt və büdcə tələb edir. Allaha şükür indi tariflər dəyişib. Bu, bizim markerlərimizə verilən məvaciblərin də artırılmasına gətirib çıxaracaq. Bizim indi daha çox insanı işə cəlb etmək imkanımız yaranıb. Ola bilsin bir ildən sonra markerlərimizin sayı 10 min oldu" - deyə Məleykə Abbaszadə qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR