İnsanlara hürriyət, millətlərə istiqlal!

Mariya Zaxarova Ermənistan rəhbərliyini sərt tənqid etdi, XİN nota verdi - SKANDAL

4921 09.06.2024 16:14 Siyasət A A

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Ermənistan nümayəndə heyətinin Buçaya (Ukraynanın Rusiya işğalına məruz qalarkən soyqırıma məruz qalan şəhəri. Hazırda azad olunub - Redaktor) səfərini qeyri-dost addım kimi qiymətləndirir.

Musavat.com Ermənistan mediasına əsasən xəbər verir ki, bu skandalın səbəbi belədir:

- İrəvanın Nor-Nork inzibati ərazi dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan və Ermənistan diplomatik missiyasının nümayəndəsi Vladimir Karapetyan da daxil olmaqla Ermənistan nümayəndə heyəti Ukraynanın Buça şəhərinə səfər edərək Moskvada qəbuledilməz sayılan bəyanatlar veriblər. Bundan əlavə, onlar Kiyevə humanitar yardım aparıblar.

baaabe9d63ae79bccd3ae1c5cfb6948d.jpg (46 KB)

“Biz Nor-Nork rayonunun və Ermənistan diplomatik missiyasının rəhbərlərinin Buçaya səfərini rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk və Ukrayna Silahlı Qüvvələrinə yardımın ötürülməsindən narahatıq. Bununla bağlı biz Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərmişik”, - deyə Zaxarova bildirib.

O, həmçinin qeyd edib ki, Ter-Marqaryan Qərbyönlü Respublika Partiyasının sədri Aram Sarkisyanın müttəfiqidir və Zaxarovanın sözlərinə görə, bu, onun hərəkətlərini izah edir. O, Ermənistan hakimiyyətinin bu cür bəyanatları dəstəkləməsindən təəssüfləndiyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR