İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mariupolda 20 gün” filminin “Oskar” almasına Medvedevdən ŞƏRH: “Primitiv, vulqar...”

768 11.03.2024 13:20 Dünya A A

Xəbər verdiyimiz kimi, “Mariupolda 20 gün” filmi “Ən yaxşı sənədli film” kateqoriyasında “Oskar” qazanıb.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev filmin mükafat almasını şərh edərkən bildirib ki, hərbi mövzuda primitiv, vulqar və qlamur formada çəkiliş aparmaq olmaz.

Musavat.com xəbər verir ki, D.Medvedev bu barədə teleqram kanalında yazıb:

““Oskarlar” verilir...

BİZİM kinomuz haqqında bir neçə kəlmə.

10-15 il əvvələ nəzərən filmlərimiz daha keyfiyyətlidir. Çox şey dəyişdi: normal ssenarilər, layiqli dialoqlar, rejissorluq, aktyorluq. Xoşagələndir. Lakin irəli getmək lazımdır. Müharibə haqqında film çəkmək lazımdır. Mən başa düşürəm ki, müqəddəs mövzuları saxtalaşdırmaq qorxusu var. Müharibə haqqında primitiv, vulqar, qlamur çəkiliş etmək olmaz. Ancaq çəkmək lazımdır! Artıq vaxtı çatıb. Qəhrəmanlarımız haqqında, onların şücaətlərini yüksəldən film çəkilməlidir. Sənədli və bədii filmlər ərsəyə gətirilməlidir ki, bilsinlər və yadda saxlasınlar. Vaxtı çatıb”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR