İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mançester Yunayted”in əfsanəsi vəfat etdi - FOTO

884 21.10.2023 23:23 İdman A A

“Mançester Yunayted”in əfsanəvi futbolçusu Bobbi Çarlton 86 yaşında vəfat edib.

Bu barədə futbolçunun ailəsi məlumat verib.

“Ser Bobbinin şənbə günü səhər erkən saatlarında dinc şəkildə vəfat etdiyi xəbərini böyük kədərlə bölüşürük. O, ailəsinin əhatəsində olub”, - açıqlamada bildirilib.

Qeyd edək ki, İngiltərə millisinin hücumameyilli yarımmüdafiəçisi 1966-cı ildə dünya çempionu olub. Eyni ildə o, “Qızıl top”la mükafatlandırılıb. "Qırmızı şeytanlar"ın heyətində isə futbolçu üçqat İngiltərə çempionu olub, həmçinin 1 dəfə İngiltərə Kuboku, 4 dəfə İngiltərə Superkubokunun sahibi olub. Eyni zamanda, idmançı “Mançester Yunayted”lə Avropa çempionları kubokunun qalibi olub. Çarlton karyerasının, demək olar, 19 ilini Mançester təmsilçisinə həsr edib. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR