İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun “mən yenidən cəhd edə bilərəm” mesajına REAKSİYA

963 01.08.2023 17:59 Gündəm A A

“Fransada belə bir təşəbbüsün irəli sürülməsi təəccüblü deyil, hətta gözləniləndir. Senatorların erməni lobbisində təmsil olunması istisna deyil”.

Bunu Musavat.com-a Fransalı senatorların Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı müraciətini şərh edərkən politoloq Asif Nərimanlı bildirib.

asif.jpg (298 KB)

Onun fikrincə, diasporun məqsədi beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir: “Bu, İrəvan və diasporun birgə addımı kimi görünür. Digər tərəfdə isə Makron hökumətinin maraqları var. Məlumdur ki, Fransa bölgədəki maraqlarını təmin etmək üçün Ermənistandan istifadə edir. Makron hökumətinin bizə qarşı atılan bütün addımları rəsmi Bakı tərəfindən dəf edilib. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində Fransanın proseslərə vasitəçi kimi qoşulmağa çalışmasının qarşısı alındı. Sözügedən müraciət həm də Makronun “mən yenidən cəhd edə bilərəm” mesajıdır. Bu məsələnin sanksiyalar həddinə çatacağına əmin deyiləm. Fransanın Azərbaycana sanksiyalar tətbiq etməsi Avropa İttifaqının maraqlarına uyğun deyil. Bu, sadəcə Azərbaycana qarşı təzyiq xarakteri daşıyır. Ölkəmizə qarşı hər hansı praktiki addımların atılacağını düşünmürəm. Bu kimi addımlar Fransanın bölgədəki maraqlarını sıradan çıxarır”.

Politoloq hesab edir ki, Fransanın bölgədəki mövqeləri get-gedə zəifləyir:

“Fransada daxili problemlər günü-gündən artır. Buna görə beynəlxalq miqyasda nüfuzu getdikcə zəifləyir. Fransa Aİ üzərindən geosiyasi gücə çevrilmək istəyirdi, amma Makron hakimiyyətinin apardığı siyasət ölkəni çətin vəziyyətə salır. Fransa Afrikada ciddi problemlərlə üz-üzədir. Afrika ölkələri Fransaya qarşı açıq etirazlarını bildirirlər. Makron ölkədaxili problemləri həll etmək əvəzinə ermənilərin maraqlarını müdafiə etməklə məşğuldur. Bu da ölkənin nüfuzuna, milli maraqlara ciddi zərbədir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR