İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Zelenskiyə Aİ və NATO-ya üzvlüklə bağlı söz verdi

551 08.06.2024 02:06 Dünya A A

Fransa iyunun sonuna qədər Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasına nail olmaq niyyətindədir.

Bunu respublika prezidenti Emmanuel Makron Yelisey sarayında Ukrayna lideri Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

“Fransa ayın sonuna qədər Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasına nail olmağı gözləyir”, – Makron qeyd edib.

Onun sözlərinə görə, Paris Kiyevin Şimali Atlantika Alyansına qəbulunu asanlaşdıracaq. “NATO-ya gəlincə, iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitdə bizim Ukraynanın alyansa mümkün qədər yaxın olmasının vacibliyini bir daha təsdiqləmək imkanımız olacaq”, - Fransa lideri bildirib.

Mayın 29-da “Politico” qəzetinin Avropa versiyası adı açıqlanmayan rəsmiyə istinadən xəbər verib ki, Aİ səlahiyyətliləri iyulun 1-də Aİ Şurasına sədrlik Macarıstana keçməzdən əvvəl Ukraynanın icmaya qoşulması ilə bağlı danışıqlara başlamaq istəyirlər. Nəşrin yazdığına görə, Ukrayna AK-nin Ukrayna ilə bağlı son hesabatında tövsiyə edilən bəzi tədbirləri artıq həyata keçirsə də, Macarıstanın hələ də etnik və dil azlıqlarının müdafiəsi məsələsi ilə bağlı etirazları var. Redaktor.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR