İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron erməni dilində paylaşım etdi: "Varlığınız bizim üçün önəmlidir" - VİDEO

826 21.02.2024 23:10 Dünya A A

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Fransada səfərdədir.

Musavat.com xəbər verir ki, baş nazirlə görüşdən sonra Fransa prezidenti Emmanuel Makron "Facebook" səhifəsində erməni dilində paylaşım edib: “Fransanın Misak və Melin Manuşyanı şərəfləndirdiyi, ermənilərin fransız millətinə, müqavimət ruhuna, azadlıq mübarizəsinə verdiyi töhfəni tanıdığı bu gündə sizin varlığınız bizim üçün önəmlidir. Mən sizə Fransanın dəstəyini bir daha ifadə edirəm".

Qeyd edək ki, Paşinyanın səfəri çərçivəsində Parisdə “Fransız Müqaviməti”nin qəhrəmanı, erməni Misak Manuşyan və həyat yoldaşı Melinin yenidən dəfn mərasimi keçirilib. Ermənistan və Fransa liderləri mərasimdə iştirak ediblər.

 

Nigar HƏSƏNLİ,
Musavat.com 

906f029d-0dad-4285-a902-e6b8d5499f17.jpg (112 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR