İnsanlara hürriyət, millətlərə istiqlal!

Makareviç prankerlərə Ukraynanın "qələbə"si gözlədiyini deyib

675 13.05.2024 11:55 Dünya A A

"Zaman maşını" qrupunun solisti Andrey Makareviç prankerlər Vovan və Leksus ilə telefon danışığında Ukraynanın qələbəsinə qədər günləri saydığını etiraf edib.

Musavat.com Rusiya mediasına istinadla bildirir ki, dialoqun bir hissəsi pranksterlərin Telegram kanalında yayımlanıb.

Bildirilir ki, Vovan və Leksus musiqiçiyə zəng edərək, özlərini Ukrayna prezidenti Vladimir Zelenski kimi təqdim ediblər. Söhbətdə Makareviç Kiyevə gəlməkdən və konsert verməkdən məmnun olacağını bildirib. "Mən sizin qələbənizi çox istəyirəm, ona qədər günləri sayıram", - deyə müğənni vurğulayıb.

O, Rusiyaya qayıtmaq fikrində olmadığını da bildirib. Söhbətin sonunda Makareviç qeyd edib ki, o, hərbi münaqişədə heç bir tərəfi maliyyələşdirməyib, lakin Ukraynada mülki şəxslərə kömək edir.

Rusiyada xarici agentlər haqqında qanunu pozduğuna görə Makareviçə qarşı iki protokol tərtib edilib. 2023-cü ilin yayında o, 50 min rubl cərimələnib. Bu yaxınlarda məhkəmə musiqiçinin səhifəsində beş yazını incələyib. Əgər şəxs bu maddə ilə dəfələrlə inzibati məsuliyyətə cəlb edilərsə, o, cinayət məsuliyyətinə cəlb oluna bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR