İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahaçqaladakı iğtişaşlara dair Putinə məruzə edilib

546 02.11.2023 13:13 Dünya A A

Dağıstanın rəhbəri Sergey Melikov bildirib ki, Mahaçqala hava limanında iğtişaş törədənlərin cəzalandırılması barədə Rusiya prezidenti Vladimir Putinə məruzə edib.

 Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Melikov istər cinayət, istərsə də inzibati xətanın müvafiq maddələri ilə təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunacaqlarını bildirib. “Mən bu barədə Vladimir Vladimiroviçə dedim”, - Melikov deyib.

“Baş verənləri obyektiv başa düşmək və ilk növbədə Mahaçqala hava limanında iğtişaşları törədənləri və onu təşkil edənləri cəzalandırmaq lazımdır”,- deyən Melikov qeyd edib ki, günahkarlar məsuliyyətdən yayınmamalı, günahsızlar isə bu məsuliyyətə cəlb olunmamalıdır.

Rusiyada Uytaş hava limanında iğtişaşların təşkilatçıları və iştirakçıları ilə necə davranmaq barədə fikirlər haçalanır. Melikov iğtişaşı törədənlərdən “haqq etdikləri cəzanı alacaqlar” ifadəsi işlətsə də, öz növbəsində Tatarıstanın müftisi Kamil Samiqullin “təxribata meyilli olanlara” qarşı yumşaq davranmağa çağırıb.

Xatırladaq ki, bazar günü, oktyabrın 29-u axşam saatlarında yüzlərlə Dağıstan sakini Uytaş hava limanına soxulub. Onlar “Allahu Əkbər” qışqıraraq, əllərində Fələstin bayraqları tutaraq, hava limanının girişini bağlayıb, Tel-Əvivdən havaya qalxan təyyarənin enməsini gözləyiblər. İnsanlar binaları qarət edib və İsraildən gələn insanları axtarıblar. Son məlumatlara görə, yaralananların sayı 20 nəfərdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR