İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahaçqaladakı hava limanı BU TARİXƏDƏK işləməyəcək

1626 30.10.2023 08:30 Dünya A A

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqaladakı hava limanı noyabrın 6-dək fəaliyyət göstərməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi teleqram kanalında məlumat yayıb.

Bildirilir ki, Mahaçqala aeroportuna qanunsuz daxil olmuş şəxslər oradan çıxarılıb. İğtişaşlarla əlaqədar operativ qərargah yaradılıb. Hazırda hava limanı bağlanıb, təyyarələr digər aeroportlara yönəldilir.

Rusiya DİN-in Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin məlumatında bildirilir ki, “Uytaş” beynəlxalq aeroportunda iğtişaşlarda iştirak edən və iğtişaşlara çağırış edən şəxslər məsuliyyətə cəlb olunacaqlar.

Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında nümayişçilər Mahaçqala hava limanına soxulub. Tel-Əvivdən gələn təyyarənin Mahaçqala aeroportunda enişindən sonra bir qrup şəxs uçuş zolağına çıxıb. Onlar ölkəyə gələn yəhudilərin çıxarılmasını tələb ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR