İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahaçqalada iğtişaşlara görə 83 nəfər saxlanılıb

654 30.10.2023 23:10 Dünya A A

Mahaçqala hava limanında iğtişaşlardan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları 83 nəfəri saxlayıb, 50-dən çox axtarış aparıblar.

APA xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“Rusiya Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xİdməti və Dağıstan Respublikası üzrə İstintaq İdarəsi Mahaçqala şəhərinin hava limanında kütləvi iğtişaşların təşkilatçıları və fəal iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini və istintaq hərəkətlərini davam etdirir. Hazırda qanunsuz fəaliyyətdə iştirak etmiş 83 nəfər saxlanılıb”, - deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında nümayişçilər Mahaçqala hava limanına soxulub. Onlar ölkəyə gələn yəhudilərin çıxarılmasını tələb ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR