İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan İrəvanda konsulluq açmaq istəyir

456 27.10.2023 14:32 Dünya A A

Macarıstan Ermənistanın paytaxtı İrəvanda konsulluq açmaq istəyir.

“Report” xəbər verir ki, bu təklifi Macarıstan xarici işlər naziri Peter Siyarto oktyabrın 27-də İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdə səsləndirib.

P.Siyarto Ermənistana humanitar yardımlar, bu ölkə ilə diplomatik münasibətləri tam bərpa etməyə hazır olduqlarını da vurğulayıb.

Qeyd edək ki, 2012-ci ildə Budapeştlə İrəvan arasında diplomatik əlaqə kəsilib. Buna səbəb Macarıstanın Ermənistan hərbçisi Qurgen Markaryanı öldürməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR