İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan Brüsselin dondurduğu vəsaitlərin bir hissəsini ala biləcək

419 30.11.2023 20:05 Dünya A A

Macarıstan Avropa İttifaqının ümumi büdcəsindən ona çatacaq vəsaitlərin bir hissəsini əldə etməyə çox yaxındır.

Musavat.com xəbər verir ki, "Reuters"in Brüsseldəki mənbələrə istinadən verdiyi məlumata görə, həmin vəsaitlər Avropa Komissiyası tərəfindən Budapeşt demokratiya və qanunun aliliyi sahəsində islahatlar aparana qədər bloklanıb.

Brüsseldəki mənbələrin fikrincə, 2022-ci ilin yayında baş nazir Viktor Orbanın hökuməti tərəfindən həyata keçirilən islahatlar ölkə məhkəmələrinin müstəqilliyini maliyyə vəsaitlərini qismən açmaq üçün kifayət qədər gücləndirib. Buna görə də hazırda Budapeştlə Avropa Komissiyası arasında bu məsələ ilə bağlı fəal təmaslar aparılır və razılığın əldə olunması ehtimalı yüksəkdir.

Brüssel vəsaitləri dondurmaqla Macarıstanda demokratiya və qanunun aliliyi sahəsində dəyişikliklərə nail olmağa can atır. Ümumilikdə 22 milyard avro dondurulub. Budapeşt hesab edir ki, ona qarşı qoyulan tələbləri çoxdan yerinə yetirib və bu məsələnin həllinin ləngiməsinə Aİ rəhbərliyinin Orbanın rəhbərlik etdiyi hökumətin mövqelərini zəiflətmək istəyi səbəb olur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR