İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan Aİ qarşısında ŞƏRT QOYDU - 30 milyard avro müqabilində...

1154 13.12.2023 19:11 Dünya A A

"Avropa İttifaqı Macarıstana əvvəllər vəd etdiyi 30 milyard avronu ayırarsa, Budapeşt Aİ-nin Ukraynaya dörd illik 50 milyard avroluq yardım paketindən vetonu ləğv etməyə hazırdır".

Musavat.com xəbər verir ki, bunu Macarıstan baş nazirinin siyasi müşaviri Balazs Orban "Bloomberg"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Macarıstan hələ də Ukraynaya dörd illik yardım planına qarşıdır.

B.Orban bildirib ki, Ukraynanın Aİ-yə üzvlük məsələsi Macarıstan üçün “qırmızı xətt” olaraq qalır, çünki Budapeşt Ukraynanın Avropa İttifaqına daxil olmaq meyarlarına cavab vermədiyinə inanır.

Qərb mediası, o cümlədən "Bloomberg" mənbələrə istinadən xəbər verir ki, bu gün, dekabrın 13-də Aİ Macarıstan hökumətinin məhkəmə hakimiyyətinin müstəqilliyini gücləndirən qanunlar qəbul etməsi səbəbindən bu ölkəyə 10 milyard avroya yaxın vəsait ayıracaq. Aİ-nin Macarıstana nəzərdə tutduğu 30 milyard avroluq dəstəyi keçən il dondurulub. Bu məbləğin açılması üçün Aİ-nin tələbləri arasında təhsil sistemində azadlığın təmin edilməsi, LGBT nümayəndələrinin hüquqlarının qorunması və Macarıstanda siyasi sığınacaq almaq imkanının tətbiqi var.

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Aİ daxilində bu məsələdə konsensus yoxdur. Dekabrın əvvəlində o, Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların başlanmasına veto qoyacağını vəd edib. Macarıstandakı hakim alyans ötən həftə müvafiq qətnaməni parlamentə təqdim edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR