İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan Aİ-də TƏCRİD OLUNUR - SƏBƏB

1451 27.10.2023 16:21 Dünya A A

Macarıstanın baş naziri Viktor Orbanla Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdən sonra Aİ rəsmiləri Budapeşt və Moskva arasında ittifaqın təşkilat üçün təhlükə olacağından narahat olmağa başlayıblar.

Musavat.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.

"Orbanın Pekində Putinlə son görüşü və Macarıstan baş nazirinin Aİ-ni Sovet İttifaqı ilə müqayisə etməsi bu ölkəyə hələ də müttəfiq və tərəfdaş kimi etibar edə biləcəyimizə dair suallar yaradır", - deyə adı açıqlanmayan avropalı diplomat bildirib.

Onun sözlərinə görə, Macarıstan təcrid olunmuş ölkəyə çevriləcək. Çünki bu, NATO-nun təhlükəsizliyinə mənfi təsir göstərir. 

Məqalə müəllifləri qeyd edirlər ki, Aİ-dəki münasibətə baxmayaraq, Macarıstan təşkilatın Şurasına sədrlik edir. Brüssel Budapeştin bundan istifadə edəcəyindən ehtiyat edir.

Xatırladaq ki, Rusiya və Macarıstan liderlərinin görüşü oktyabrın 17-də Çində baş tutub.

Orada Orban qeyd edib ki, Budapeşt Moskva ilə qarşı-qarşıya gəlmək istəmir və əvvəllər heç vaxt belə çətin siyasi vəziyyətdə olmayıb.

5275.jpg (46 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR