İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenkonun İrəvanı narahat edən mesajı - Qafqaza cavabdehlik İlham Əliyevdə..

1542 21.05.2024 11:17 Gündəm A A

Politoloq: “Prezident İlham Əliyev indi təkcə Azərbaycan yox, həm də bütün Cənubi Qafqaz uğrunda mübarizə aparır”

Ermənistanla birgə hərbi, siyasi, iqtisadi ittifaqda təmsil olunan Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri və səfər çərçivəsində işğaldan azad olunmuş Füzulidə, Şuşada olması İrəvanda müxtəlif reaksiyalar doğurub. 

Lukaşenkonun  Azərbaycan və Prezident İlham Əliyev haqqında xoş ifadələr, işğaldan azad olunmuş torpaqların dirçəldilməsində iştirak etmək niyyətində olması ermənilərdə suallar yaradıb. Lukaşenkonun Azərbaycana səfəri eyni hərbi-siyasi, iqtisadi ittifaqda təmsil olunduğu Ermənistanda çox ciddi narahatlıq və qısqanclıqla qarşılanıb. Belarus liderinin Azərbaycanı Cənubi Qafqazın təhlükəsizliyinin təminatçısı qismində görməsi barədə verdiyi bəyanatını Rusiyanın bəzi media orqanları da xüsusi qabardıb. 

“Yeni Müsavat” yada salır ki, Lukaşenko birgə mətbuat konfransında fikirlərini belə ifadə edib: “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Zaman sizi seçib, bizdə belə deyirlər və siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız. Əminəm ki, siz bunu edəcəksiniz, həm də istərdim ki, tez edəsiniz, siz bunu bacarırsınız. Siz bütün dünyaya göstərdiniz ki, sizdən əvvəlki nəsillərin dövründə həll olunmayan ən mürəkkəb məsələləri həll etməyi bacarırsınız”. Bu, hər şeydən öncə Rusiyaya çox yaxın olan, prezident Putinin də rəylərindən bəhrənən Lukaşenkonun Azərbaycana və onun lideri İlham Əliyevə verdiyi yüksək qiymətdir. Bəs İrəvanı narahat edən nədir?

Oxu.az - Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara qutu"su  Azərbaycanda oxunacaq

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Prezident İlham Əliyev XXI əsrin ən populyar və qətiyyətli liderlərindən biridir. Onun fikrincə, Lukaşenko kimi bir çox siyasi liderlər İ.Əliyevi erudiksiyalı siyasətçi, beynəlxalq münasibətlərin reallıqlarını bilən dövlət xadimi kimi qəbul edirlər: “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi qalsa da, hər zaman o blokun üzv ölkələri ilə Azərbaycanın münasibətləri daha yaxşı olub, nəinki İrəvanın. Bunu 44 günlük müharibə dövründə də görmək olardı, daha əvvəl də. İndi Ermənistan bu təşkilatda işini dondurub, amma aktiv fəaliyyət göstərsə belə üzv ölkələrdən bizə qarşı istifadə edə bilməz. Çünki tələbləri ədalətsiz və səhvdir. Bu gün davam edən delimitasiya prosesi də məhz Ermənistanın əvvəllər KTMT əleyhinə səsləndirdiyi ittihamların əsassız olduğunu təsdiq edir. Bu nöqteyi-nəzərdən Belarus prezidentinin fikirləri həqiqətin bir daha dilə gətirilməsidir. Azərbaycan lideri regionda dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olmasında hamıdan çox çalışır”. 

Q.Hüseynlinin sözlərinə görə, Belarus işğaldan azad edilmiş ərazilərdə 412 ailəlik yaşayış məntəqəsi salacaq, halbuki KTMT-də bu ölkə ilə birgə təmsil olunan Ermənistan həmin torpaqlarda daşı daş üstündə qoymayıb: “Lukaşenko "siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz" deməklə bütün region ölkələrinə vacib bir fikir çatdırmış oldu. Cənubi Qafqazda təhlükəsizliyin davamlı təmin olunması üçün Azərbaycan səylərini artırıb. Hazırda ikitərəfli danışıqlar modeli də rəsmi Bakının təşəbbüsü və diktəsi altında inkişaf etdirilir. Cənab İlham Əliyev son çıxışlarında təkrar olaraq vurğuladı ki, danışıqlarda vasitəçiyə ehtiyac yoxdur. Mən inanıram ki, işğal və separatizm faktına son qoymuş Ali Baş Komandan tarixi sülh müqaviləsinin bağlanmasına da bir siyasi lider, diplomat, dövlət rəhbəri kimi nail olacaq. Ona görə istər Lukaşenko, istər digər ölkələrin başçılarının Azərbaycan prezidentindən gözləntiləri var, ona böyük ümid bəslənir, bir sözlə, ciddi etimad qazanıb. Eyni zamanda ayrı-ayrı dost ölkələr azad edilən ərazilərin bərpasına dəstək verirlər, amma əsas güc Azərbaycan dövlətinin üzərinə düşür. Prezident İlham Əliyev azad edilən ərazilərin yenidən qurulmasında da bütün dünyaya mesaj verir ki, torpaq əsl sahibləri Qarabağa necə yanaşır, işğalçı qüvvələr 30 ildə torpaqlara necə nəzarət ediblər..."

Elxan Şükürlü: “Onlar qanun layihəsinin əleyhinə çıxacaq”

Elxan Şükürlü

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlünün sözlərinə görə, Prezident İlham Əliyev indi təkcə Azərbaycan yox, həm də bütün Cənubi Qafqaz uğrunda mübarizə aparır: “Onun 44 günlük Vətən savaşından sonra regionda sülh və əməkdaşlıq platforması kimi təqdim etdiyi 3+3 formatı hazırda ölkəmizi Qərbin açıq hədəfinə gətirsə də, bütün Cənubi Qafqazın yeganə xilas düsturu sayılır. Qərbin şirnikləndirici və təhrikçi davranışlarına aldanmayan Əliyevin Rusiya prezidenti Putinlə qarşılıqlı hörmət, inam və etibara əsaslanan münasibətləri və həm də bu münasibətlər hesabına ölkəsinin əsas problemini həll edə bilməsi qonşu Gürcüstan və Ermənistanla yanaşı, elə Avropa İttifaqı və NATO-ya inteqrasiya kursu seçmiş Ukrayna və Moldova üçün də yeni cəlbedici nümunəyə çevrilib və yeni hərəkatlara təkan verib". 

Emil SALAMOĞLU,   
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR