İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko Ukrayna ilə sərhədə getdi: "Onlara qarşı müharibə..."

560 13.07.2024 22:50 Dünya A A

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Ukrayna ilə sərhə əraziyə gedərək, ali ordu rəhbərliyi ilə müşavirə keçirib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Lukaşenko Ukrayna tərəfinin öz qoşunlarını Belarusla sərhəddən geri çəkdiyini bildirib.

Belarus prezidenti ordu komandanlığına öz qüvvələrini də sərhəddən geri çəkməyi tapşırıb:

"Biz əmin olduq ki, iyulun 4-5-də Ukrayna öz qoşunlarını sərhəddən tamamilə çəkib. Biz də bunu nəzərə alaraq, operativ nəzarət qrupları istisna olmaqla, bütün digər qüvəvləri daimi dislokasiya yerlərinə qaytarmalıyıq. Qoy onlar bir daha əmin olsunlar ki, razılaşmamıza uyğun olaraq, bizim Ukrayna ilə döyüşmək, döyüşə qoşulmaq fikrimiz yoxdur. Mən bu barədə demişəm, yenə də deyirəm ki, biz Ukraynaya qarşı müharibə aparmayacağıq. Ona görə də qüvvələrimizi geri çəkirik".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR