İnsanlara hürriyət, millətlərə istiqlal!

Londonda Güney və Qüzey azərbaycanlıları bir araya gətirən səbəb BU YAZIDA - FOTOLAR,VİDEO

1695 17.08.2023 20:35 Gündəm A A

Londonda yaşayan azərbaycanlılar “Amnesty International” qarşısında aksiya keçiriblər.

Musavat.com-un verdiyi xəbərə görə, aksiyada Azərbaycan və türk icmaları, güney azərbaycanlılar, Britaniya vətəndaşları iştirak ediblər.

Aksiyada iştirak edən, Britaniya Azərbaycan Cəmiyyəti sədri, Azərbaycan Təşkilatları Koordinasiya Şurasının Təmsilçisi Fəridə Pənahova bildirib ki, erməni qeyri -hökumət təşkilatları və xaricdə fəaliyyət göstərən erməni diasporasının təsiri altında Ermənistan hakimiyyəti Azərbaycana qarşı haqsız iddialar sürür:

“Bu iddialar son zamanlarda daha da güclənib. Qarabağda insan haqları ilə bağlı ermənilər tərəfindən yalan iddialar irəli sürülür. Bizim məqsədimiz bu iddialara qarşı öz etirazımızı göstərməkdir və biz “Amnesty International”a iki məktub təqdim etdik. Bunlardan birincisi Xankəndində yaşayan ermənilərin humanitar vəziyyəti ilə bağlıdır. İkincisi isə mina məsələləri, əsgərlərin girov götürülməsi, Ermənistanın Azərbaycana qarşı eko-terrorizmi ilə bağlıdır”, deyə Fəridə Pənahova bildirib.

O qeyd edib ki, Azərbaycan icması olaraq Britaniya parlamentində Xarici İşlər Nazirinə, Avropa İşləri nazirinə məktublar ünvanlanıb: “Məktublarımıza gələn cavablar bizi qane etmir. Ona görə də, biz qərara gəlmişik ki, sentyabrda Britaniya parlamenti işə başlayandan sonra müxtəlif şəhərlərdə yaşayan azərbaycanlılar öz parlament nümayəndələri ilə görüşsünlər. Biz bu məsələri dayandırmaycağıq. Öz haqqımızı tələb edəcəyik”.

Aytən Abbaslı,
London


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR