İnsanlara hürriyət, millətlərə istiqlal!

Litvada prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib - YENİLƏNİB

738 13.05.2024 01:22 Dünya A A

Litvada keçirilən prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib.

“Report” xəbər verir ki, ikinci turda hazırkı prezident Gitanas Nauseda (birinci turda 46,08% səs) və Baş nazir İnqrida Simonyte (birinci turda 16,48% səs) mübarizə aparacaq.

Seçiklərin ikinci turu iki həftədən sonra keçiriləcək. Ümumilikdə prezidentlik yarışında səkkiz namizəd mübarizə aparıb.

***

Litvanın hazırkı Prezidenti Gitanas Nauseda protokolların 70 %-nin hesablanmasından sonra prezident seçkilərində 47,63% səslə liderdir.

“Report” xəbər verir ki, bu barədə Litvanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Litva Prezidenti beş il müddətinə seçilir. Namizədlər üçün 40 yaş həddi, habelə mənşəyinə görə Litva vətəndaşı olmaq və ən azı son üç il ərzində ölkədə yaşamaq tələbi var.

Qalib gəlmək üçün namizəd səslərin 50%-dən çoxunu almalıdır. Namizədlərin heç biri bunu bacarmasa, iki həftə sonra birinci mərhələnin iki liderinin iştirakı ilə ikinci tur keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR