İnsanlara hürriyət, millətlərə istiqlal!

Litva NATO qoşunlarının Ukraynada yerləşdirilməsinin tərəfdarıdır

314 01.06.2024 09:00 Dünya A A

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis hesab edir ki, Macarıstan Ukraynadakı münaqişəni sülh yolu ilə dayandırmaq üçün Rusiyaya təsir göstərə bilər.

Nazir bu barədə “ZDF” televiziyasına müsahibəsində bildirib.

“Macarlara təklifim nədir bilirsinizmi? Onların hələ də Rusiya prezidenti Vladimir Putinlə açıq ünsiyyət kanalları var. Onlar fürsətlərdən istifadə edib sülh mesajı verməlidirlər. Ancaq ruslar üçün”, - deyə o qeyd edib.

NATO qoşunlarının Ukraynaya göndərilməsi və orada yerləşdirilməsi ilə bağlı sualı nazir belə cavablandırıb:

“Yerləşdirilməsi məsələsində Litva Fransanın tərəfindədir: heç nə gündəmdən çıxarıla bilməz, çünki biz hələ də qələbədən çox uzağıq. Ordu göndərmək məsələsinə gəlincə, bu, 32 ölkənin Ukraynada olmasına razılıq verməsi demək olardı. Mən bunun baş verəcəyini düşünmürəm”.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR