İnsanlara hürriyət, millətlərə istiqlal!

Liftdəki ölümə görə vəzifəli şəxs işdən çıxarıldı

987 27.03.2024 19:07 Ölkə A A

Bakıda qadının liftdə ölümü ilə bağlı Binəqədi rayonu, 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Rüfət Süleymanov tutduğu vəzifədən azad edilib.

Musavat.com xəbər verir ki, bu barədə “Lifttəmir” İstehsalat Birliyi məlumat yayıb.

Qeyd edilib ki, dünən Binəqədi rayonunda binada liftdə baş verən hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılmış və hadisə komissiya tərəfindən araşdırılır.

Məsələ ilə əlaqədar həmçinin Bakı mənzilavtomat ixtisaslaşdırılmış istehsalat idarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıb.

Hazırda real vəziyyətin öyrənilməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırma davam etdirilir.

Qeyd edək ki, Bakı şəhərinin Binəqədi rayonunda 45 yaşlı qadın liftin qapıları arasında qalaraq ölüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR